Yeni Kaledoniyada hava limanının fəaliyyəti bərpa edildi, komendant saatı qısaldıldı

17
İyn
22:36
thumb_down 0

Yeni Kaledoniyanın hakimiyyət orqanları komendant saatını qısaldıblar.

Bununla yanaşı, paytaxt Numeyanı Avstraliya, Yaponiya, Sinqapur və digər ölkələrlə birləşdirən La Tontouta Beynəlxalq Hava Limanı fəaliyyətini bərpa edib.

Ötən həftə Fransa prezidenti Emmanuel Makron may ayında iğtişaşlara səbəb olan seçki islahatlarının dayandırıldığını elan edib.

Xatırladaq ki, Fransanın dənizaşırı ərazisi olan yeni Kaledoniyada iğtişaşlar mayın ortalarında başlayıb. Bunun səbəbi Parisin 10 ildən çoxdur Yeni Kaledoniyada yaşayanlara yerli seçkilərdə səs vermək hüququ vermək qərarı ilə bağlıdır. Yerli əhali bu qərarın əleyhinə çıxıb.

Mənbə: noi.md