Rusiyada dəhşətli qəza: Çoxlu sayda ölən və yaralanan var

18
İyn
17:00
thumb_down 2

Rusiyanın Ryazan vilayətində zəncirvari qəza olub.

Bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qəza nəticəsində ümumilikdə 21 nəfər zərər çəkib.

"Onlardan səkkizi hadisə yerində keçinib, 13 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılar arasında 3 azyaşlı da var. Vilayət prokurorunun tapşırığı ilə qəza faktı üzrə yoxlama başladılıb. Prokurorluq bütün halların müəyyənləşdirilməsi, qəzanın nəticələrinin aradan qaldırılması və yol hərəkətinin təşkili məsələlərini nəzarətdə saxlayır", - deyə məlumatda əlavə edilib.

Mənbə: TASS