Almaniyanın vitse-kanslerinin nasist qohumları üzə çıxıb

20
İyn
07:18
thumb_down 0

Almaniyanın vitse-kansleri Robert Habekin babası və ulu babası nasist zabitləri olublar.

Məlumata görə, Habekin ulu babası Valter Qrantsovun (1887-1952) terror rejiminin rəhbərliyinin ən yaxın çevrəsinə mənsub olub. Onun Cozef Gebbelslə dostluğu da vurğulanıb.

O, SS briqadasının komandiri olub və hərbi cinayətkar kimi məhkum edilib.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Barbokun babasının da nasist olduğu və zabit kimi xidmət etdiyi bildirilib.

Mənbə: lenta.ru