Venesuela Prezidenti Nikolas Maduro futbol oynadı: Ölkə adına qol vurdu

21
İyn
08:18
thumb_down 0

Venesuela Prezidenti Nikolas Maduro seçki kampaniyası çərçivəsində Miranda əyalətinin Marizapa qəsəbəsini ziyarət edib.

Bir futbol meydançasının açılışında iştirak edən Venesuela prezidenti daha sonra uşaqlarla futbol oynayıb.

Nikolas Maduro bu görüntüləri rəsmi "X" hesabında paylaşıb.

"Niyə də yox? Marizapa futbol sahəsində Mirandanın qız və oğlan uşaqları ilə kiçik bir futbol matçı. Venesuela üçün bir qol! Bəli, bax belə…", - deyə o, paylaşıma şərh verib.

Yerli mətbuatda çıxan xəbərlərə görə, Nikolas Maduro iyulun 28-də ölkədə keçiriləcək prezident seçkisi ilə əlaqədar Miranda əyalətində vətəndaşlarla görüşüb.

Venesuela Prezidenti Nikolas Maduro futbol oynadı: Ölkə adına qol vurdu

Venesuela Prezidenti Nikolas Maduro futbol oynadı: Ölkə adına qol vurdu

Mənbə: TGRT Haber