İranda etirazları dəstəkləyən reperin ölüm cəzası ilə bağlı YENİ QƏRAR

22
İyn
20:36
thumb_down 0

İranın Ali Məhkəməsi Məhsa Əmininin ölümündən sonra baş vermiş milli etirazları dəstəklədiyinə görə həbs olunan məşhur reper Tumac Salehinın ölüm hökmünü ləğv edib.

Bu barədə ifaçının vəkili Amir Raisian "X" sosial şəbəkə hesabında məlumat verib.

O, Ali Məhkəmənin yenidən məhkəmə iclası keçirilməsinə qərar verdiyini əlavə edib.