Fransada makronizmin sonu çatıb

22
İyn
21:54
thumb_down 0

2012-2017-ci illərdə Fransaya rəhbərlik etmiş keçmiş prezident Fransua Olland ölkədə makronizmin sona çatdığını bəyan edib.

O, ölkədə yenidənqurma vaxtının yetişdiyini bildirib.

Eks-prezidentin sözlərinə görə, makronizm Fransaya siyasi baxımdan baha başa gəlib, partiyalara və ictimai rəyə ziyan vurub.

Qeyd edək ki, keçən həftə Fransua Olland Milli Assambleyaya (Fransa parlamentinin aşağı palatası) seçkilərdə namizədliyini irəli sürəcəyini açıqlayıb.

Mənbə: RİA Novosti