Qəzza zolağında ölən fələstinlilərin sayı 39 mini ötüb

27
İyl
19:18
thumb_down 0

Yaxın Şərqdə münaqişənin qızışdığı gündən Qəzza zolağında 39 200-dən çox fələstinli ölüb.

seher.media xəbər verir ki, bu barədə məlumatı anklavın Səhiyyə Nazirliyi yayıb.

Yaralıların sayı isə 90 600 nəfərə çatıb.

Digər qurumun məlumatına görə, iyulun 27-də Deyr əl-Bəlah bölgəsində 30 nəfər ölüb, 100-dən çox insan yaralanıb, Xan Yunisdə isə 23 fələstinli ölüb, 90-a yaxın yaralanıb.