Gədəbəydə Vətən müharibəsi şəhidləri ziyarət olunub - FOTO / VİDEO

29
İyl
11:29
thumb_down 0

“Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdiyeva, şəhid anaları ilə birlikdə şəhidləri ziyarət edib.

Ziyarət zamanı şəhidlərin ailə üzvləri ilə birlikdə onların qəhrəmanlıq şücaətlərini andıq. Şəhidlərimiz qəhrəmanlıq nümunəsi olaraq Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə böyük rol oynamış və bu mübarizənin simvollarına çevrilib.

Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Teymurlu Orxandır. 27 iyul onun doğum günüdür.
Orxan, vətənin müdafiəsi uğrunda canından keçərək əsl qəhrəmanlıq nümunəsi göstərib. Onun göstərdiyi şücaət və vətən sevgisi danılmazdır.

Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimizin, o cümlədən də Orxan Teymurlunun əziz xatirəsini dərin ehtiramla yad edirik. Onların ruhu qarşısında baş əyirik və bu qəhrəman oğulların adlarını əbədi olaraq yaşadacağıq. Nə qədər ki, Azərbaycan dövləti və xalqı var, Orxan kimi igid oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaq.

Orxan Teymurlu, ailəsinin və vətənin fəxri idi. Onun qəhrəmanlığı təkcə ailəsi üçün deyil, bütün Azərbaycan üçün böyük bir nümunədir. Onun kimi igid oğulların şücaəti və vətənə olan sevgisi bizə hər zaman yol göstərəcəkdir. Orxanın xatirəsi yaşadıqca, onun göstərdiyi igidlik də unutulmayacaqdır. Biz, onun kimi qəhrəmanların xatirəsini əziz tutaraq, gələcək nəsillərə də bu qəhrəmanlıq hekayələrini çatdırmaq borcundayıq.

Orxanın igidliyi və vətənpərvərliyi hər zaman qəlbimizdə yaşayacaq. Bu yolda şəhid olan bütün qəhrəmanlarımızın xatirəsi bizim üçün müqəddəsdir və onlar heç vaxt unudulmayacaqdır.

Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm!