Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq

29
İyl
12:18
thumb_down 0

"Azərbaycanda ilk dəfə Şuşa Dövlət Peşə Təhsil Mərkəzində üç yeni ixtisas tədris olunacaq".

seher.media xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin ixtisaslara daş memarlıq abidələrinin bərpaçısı, bədii tikmə ustası, musiqi alətlərinin ustası aiddir:

"Proqramların hazırlanması istiqamətində işlər görülür. Hazırda Qubadlı, Zəngilan, Ağdam və Şuşada peşə mərkəzləri ilə bağlı layihələndirmə işləri gedir".

Almaz Qasımova