Samuxda fərdi yaşayış evlərini və həyətyanı sahələri su basdı

30
İyl
13:54
thumb_down 0

İntensiv yağışlarla əlaqədar Qabırrıçay çayına sel gəlməsi səbəbindən Samux rayonunun Burunqovaq kəndində bəzi fərdi yaşayış evlərinin zirzəmiləri və həyətyanı sahələr subasmaya məruz qalıb.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Samuxda fərdi yaşayış evlərini və həyətyanı sahələri su basdı

Samuxda fərdi yaşayış evlərini və həyətyanı sahələri su basdı