Rusiya sərhədçiləri İrəvan hava limanını tərk etdilər

31
İyl
19:00
thumb_down 0

Rusiya sərhədçilərinin İrəvanın "Zvartnots" hava limanında xidmətinin başa çatması ilə bağlı rəsmi mərasim baş tutub.

seher.media TASS-a istinadən xəbər verir ki, mərasimin əvvəlində Rusiya və Ermənistanın himnləri səsləndirilib.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan 32 ildən artıq birgə xidmət üçün Rusiya tərəfinə təşəkkür edib.

Qeyd edək ki, 1992-ci ildən hava limanındakı keçid məntəqəsinə Rusiya sərhədçiləri nəzarət ediblər.