İranın ali lideri İsrailə zərbə endirilməsi əmrini verdi

31
İyl
23:54
thumb_down 0

İranın ali lideri Əli Xamenei İsrailə birbaşa zərbələr endirmək əmrini verib.

seher.media xəbər verir ki, məlumatı "The New-York Times" nəşri öz mənbələrinə istinadən yayıb.

Bildirilir ki, müvafiq göstəriş İranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə cavab olaraq verilib.