Niderlandda təyyarə avtomobillərin sıx olduğu magistral yolun üzərinə düşüb

1
Avq
01:18
thumb_down 0

Şimali Brabant əyalətinin Ruxpena şəhəri yaxınlığında Niderlandın A58 magistralında təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan yeganə şəxs - pilot həlak olub.

seher.media TASS-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi və Qərbi Brabantın fövqəladə hallar xidməti məlumat yayıb.

Hadisə ilə əlaqədar magistral hər iki istiqamətdə bağlanıb.

Qəzaya uğrayan təyyarənin növü və faciənin səbəbi məlum deyil.