KİV: "İsrail Haniyəni Qətərdə öldürə bilərdi, lakin bunu xüsusilə İranda etdi"

1
Avq
10:36
thumb_down 0

"İsrail kəşfiyyat xidmətlərinin Fələstinin radikal HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyəni Qətərdə öldürmək imkanları olub, lakin qəsdən qərara gəliblər ki, siyasətçinin İrana səfəri zamanı ona sui-qəsd etsinlər".

seher.media-ın "Jerusalem Post"a istinadən xəbərinə görə, bu barədə qəzetin İsrail kəşfiyyat xidmətlərindəki mənbələri məlumat veriblər.

"Təhlükəsizlik qüvvələrindəki mənbələr izah ediblər ki, Tehranın mərkəzində sui-qəsd variantı ona görə seçilib ki, o məqamda Haniyənin təhlükəsizliyinə məhz İran cavabdeh olub", - deyə nəşr yazır.

"Əgər onlar (İsrailin xüsusi xidmət orqanları) istəsəydilər, Qətərdə Haniyəni məhv edə bilərdilər, lakin iki səbəbə görə Tehranı seçdilər: birincisi, HƏMAS liderindən xilas olmaq üçün. Lakin bu, daha çox ona görə həyata keçirildi ki, İranı gələcəklə bağlı dilemmanın mərkəzinə yerləşdirsinlər", - deyə qəzet vurğulayıb.