İsmayıl Haniyə terrorçular siyahısına daxil edilibmiş

1
Avq
16:54
thumb_down 0

"Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Avropa İttifaqının (Aİ) terrorçu siyahısına daxil edilib və onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi var, lakin Brüssel məhkəmədənkənar cəzalara qarşıdır".

seher.media-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Aİ-nin xarici siyasət üzrə nümayəndəsi Peter Stano bildirib.

"Əlbəttə, biz Tehranda baş verənlərlə bağlı istənilən hadisəni diqqətlə izləyirik. Yalnız xatırlada bilərəm ki, Aİ və onun tərəfdaşları HƏMAS-ı terrorçular siyahısına daxil edib və Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru müharibə cinayətləri ilə bağlı İsmayıl Haniyənin həbsinə order verib. Bununla belə, Aİ ardıcıl olaraq məhkəmədən kənar cəzalara qarşı çıxış edir", - deyə Stano qeyd edib.