İranın Baş Qərargah rəisi İsraili Haniyəni öldürdüyünə görə hədələyib

1
Avq
20:18
thumb_down 0

Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsrail sərt cavab alacaq.

seher.media TASS-a istinadən xəbər verir ki, bunu İran ordusunun baş komandanı, general-leytenant Əbdülrəhim Musəvi deyib.

"Sionist rejimə (İsraili nəzərdə tutur - red.) şillə dəyəcək və bu, törətdiyi cinayətin cəzası olacaq", - deyə o, Tehranda Haniyə ilə vida mərasimində dövlət televiziyası IRIB-ə söyləyib.