Türkiyədə milli matəm elan edildi

1
Avq
23:00
thumb_down 0

HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar Türkiyədə bir günlük milli matəm elan edilib.

Məsələ ilə bağlı sosial media hesabından açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib:

"Fələstin mübarizəsinə dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəy olduğumuzu göstərmək üçün HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyənin şəhadəti ilə əlaqədar sabah (2 avqust cümə) milli matəm günü elan edilib. İsmayıl Haniyəni və bütün fələstinli şəhidləri rəhmətlə yad edir, Fələstin xalqına öz adımdan və millətim adından başsağlığı verirəm".