Maqnit qasırğası yenidən Yeri bürüyəcək

2
Avq
12:36
thumb_down 0

G2 sinifli maqnit qasırğası həftənin sonunda avqustun 3-dən 4-nə keçən gecə baş verəcək.

seher.media-ın xəbərinə görə, bu barədə Rusiya Günəş Astronomiyası Laboratoriyasının proqnozunda deyilir.

Qasırğanın pik nöqtəsi Bakı vaxtı ilə saat 01:00-da baş verəcək.

Səhər saat 07:00-dan sonra maqnitosfer sakitləşəcək. Maqnit qasırğasının başlamasından bir gün sonra geomaqnit vəziyyət sabitləşəcək.

Avqustun 4-də maqnit qasırğası ehtimalı 30% təşkil edir. Bundan əlavə, avqustun 3-də ərəfəsində maqnit qasırğası güclənə bilər. Bu hadisənin başvermə ehtimalı da 30%-dir.