Buryatiyada güclü daşqın: Çirkli çaylar avtomobilləri və körpüləri aşırır, evləri dağıtır

2
Avq
14:54
thumb_down 0

Rusiya Federasiyasının Buryatiya Respublikasında güclü yağışlar daşqınlara səbəb olub.

Bu barədə seher.media News.ru-ya istinadən bildirir.

İlkin məlumatlara görə, regionda yağan güclü yağışlar nəticəsində 500-ə yaxın həyətyanı sahəni su basıb, bir neçə körpünü su aparıb, bir ərazidə isə bir ailə öz avtomobilində boğulmaqdan xilas edilib. Əhali təxliyə edilir.

Təbii fəlakət nəticəsində, həmçinin bir çox ev heyvanı tələf olub.

Buryatiyanın üç kəndində fövqəladə vəziyyət elan edilib.