Meşə gəzintisi faciə ilə bitdi: 36 yaşlı kişi həyatını itirdi

3
Avq
15:18
thumb_down 0

Oğuz rayonunun Tayıflı kəndində üstünə ağac aşması səbəbindən ağır xəsarət alan şəxs vəfat edib.

seher.media-ın məlumatına görə, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Fuad Bayramovun həyatını qurtarmaq mümkün olmayıb.

Əzizə İsmayılova

Oğuz rayonunun Tayıflı kəndində bədbəxt hadisə baş verib.

seher.media-ın məlumatına görə, 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramov meşədə gəzintiyə çıxarkən üzərinə nəhəng ağac aşıb.

Ağır xəsarətlər alan 36 yaşlı kişi dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.