Bakının mərkəzində 20 yaşlı qızı maşına qoyub qaçırıblar?

3
Avq
19:54
thumb_down 0

Bakının Binəqədi rayonunda 20 yaşlı gənc qızın maşına mindirilərək qaçırıldığı idda edilib.

Bildirilib ki, hadisə dünən Binəqədi rayonu 99 nömrəli məktəbin yaxınlığında qeydə alınıb.

Baku.ws-in məlumatına görə, 2004-cü il təvəllüdlü G.A bir müddət əvvəl yaşadığı evi tərk edib. Ötən gün isə o, anası və digər yaxın qohumları tərəfindən Binəqədi rayonu ərazisində tapılıb və Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birinə yerləşdirilib.

Məsələ ilə bağlı Binəqədi Rayon Polis İdarəsində təhqiqat araşdırmaları aparılır.