Rusiyada "YouTube" işləmir

3
Avq
20:18
thumb_down 0

ABŞ-nin "YouTube" videohostinqi Rusiyada demək olar ki, bütün brauzerlərdə videoların yüksək keyfiyyətdə nümayişini dayandırıb.

seher.media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xüsusilə, yüksək keyfiyyətli videolar "Google Chrome", "Opera", "Mozilla Firefox", "Mi Browser"də göstərilmir.

Mobil versiyada olan "Safari" brauzeri isə istifadəçini video hostinq proqramına yönləndirir.

Qeyd edək ki, Rusiyada avqustun 1-dən başlayan "YouTube" kəsintisi getdikcə daha da genişlənir.