Cəlilabadda altı yaşlı uşağı avtomobil vurub

4
Avq
10:18
thumb_down 0

Cəlilabad rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, avtomobil yolu keçən 2018-ci il təvəllüdlü H.Y-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.