Bakıda restoran ərazisində YANĞIN

4
Avq
11:18
thumb_down 0

Bakı şəhərinin Xətai rayonunda restoran ərazisində ümumi sahəsi 140 kvadratmetr olan tikilinin dam örtüyünün taxta atmaları 40 kvadratmetr sahədə və içərisində əşyalar 80 kvadratmetr sahədə yanıb.

seher.media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, tikilinin qalan hissəsi və restoran yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.