Bakıda gənc oğlanı avtomobil vurub

4
Avq
13:36
thumb_down 0

Bakının Xəzər rayonunda baş vermiş yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb. Belə ki, 1995-ci il təvəllüdlü Tahir Əli oğlu Mirzəyev yolu keçərkən onu minik avtomobili vurub.

Yaralı sağ bud sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.