İranda qum fırtınası: Mindən çox şəxs xəstəxanaya yerləşdirildi

4
Avq
15:18
thumb_down 0

İranın bir sıra bölgələrində neçə gündür ki, qum fırtınası hökm sürür.

seher.media Tasnim-ə istinadən xəbər verir ki, təbiət hadisəsi ilə əlaqədar son beş gündə 1 362 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumata görə, qum fırtınası xüsusilə Sistan-Beluçistan vilayətinin şimalında daha güclü olub.

Şiddətli külək bir milyona yaxın insanın yaşadığı Zabul, Zahek, Hamun, Hirmen, Nimruz, Zahidan, Mircave, Nusret Abad, Haş, Saravan, İranşehr və Mehristan şəhərlərində həyatı iflic edib.

İranda qum fırtınası: Mindən çox şəxs xəstəxanaya yerləşdirildi

İranda qum fırtınası: Mindən çox şəxs xəstəxanaya yerləşdirildi