Tovuzda ilanın sancdığı qadın ölüb

4
Avq
21:54
thumb_down 0

Tovuz rayonunda bədbəxt hadisə baş verib.

seher.media xəbər verir ki, dağlıq ərazidə, su arxının kənarında moruq yığan qadını ilan sancıb.

Hadisə rayonun Vahidli kəndində qeydə alınıb.

seher.media-ın əldə etdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Xanım Mehdiyeva xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Əzizə İsmayılova