Yer kürəsində maqnit qasırğası güclənib

5
Avq
04:54
thumb_down 0

Yer kürəsində maqnit qasırğası G3 (güclü) səviyyəsinədək artıb.

seher.media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"G3 (Kp = 6.67) artıq altı saat ərzində qeydə alınıb", - institutun nümayəndəsi bildirib.

Bundan əvvəl "Fobos" iqlim araşdırmaları mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Yer kürəsində G1 sinifli (zəif səviyyə) maqnit qasırğasının başladığını bildirmişdi.