Bakının hansı küçələrində sıxlıq var? - 05.08.2024

5
Avq
08:54
thumb_down 0

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

2. Tbilisi prospekti, mərkəz istiqamətində;

3. Aeroport şosesi, Heydər Əliyev prospekti istiqamətində;

4. 8 Noyabr prospekti, mərkəz istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.