ABŞ-də qasırğası xəbərdarlığı: Fövqəladə vəziyyət elan edildi, üç min qvardiyaçı təlimatlandırıldı

5
Avq
15:18
thumb_down 0

ABŞ-nin Florida ştatında "Debbi" qasırğası səbəbindən fövqəladə vəziyyət elan edilib.

Bu barədə seher.media "Haber Global"a istinadən bildirir.

Məlumata görə, Florida qubernatoru Ron Desantis 3 min milli qvardiyaçını bununla bağlı təlimatlandırıb və Sitrus, Diksi, Franklin, Levi və Vakulla da daxil olmaqla, ştatın Körfəz sahillərində yerləşən bəzi bölgələrində məcburi təxliyə əmri verib.

Qeyd edək ki, Floridada "Debbi" qasırğası təşvişi yaşanır. ABŞ Milli Qasırğa Mərkəzinin təhlükəli fırtına dalğaları və daşqınlara səbəb ola biləcəyi barədə xəbərdarlıq etdiyi qasırğanın sürəti ötən gecə 120 km-ə çatıb.

"Bu fırtınanın bir hekayəsi olacaq. Fəlakət dərəcəsində daşqınlardan söhbət gedir", - deyə Milli Qasırğa Mərkəzinin rəsmisi Cemi Rome bildirib.

Eyni zamanda Florida ilə yanaşı, qasırğaya hazırlıq məqsədilə Corciya və Cənubi Karolina ştatlarında da fövqəladə vəziyyət elan edilib.