Şahbuzda güclü yanğın: Evlər külə döndü

6
Avq
01:36
thumb_down 0

Şahbuz rayonunda baş verən güclü yanğın söndürülüb.

APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şahbuz rayonu Biçənək kəndində iki fərdi yaşayış evində yanğının baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar Naxçıvan şəhər və Şahbuz Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın nəticəsində zirzəmi ilə birlikdə ikimərtəbəli fərdi yaşayış evinin yanar konstruksiyaları içərisində olan əşyalarla birlikdə və digər ikimərtəbəli fərdi yaşayış evinin isə bir otağı və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Havanın küləkli olmasına baxmayaraq yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülərək daha geniş sahələrə yayılmasının və digər fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Şahbuz rayonunda güclü yanğın baş verib.

APA xəbər verir ki, yanğın rayonun Biçənək kəndində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hazırda Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və əməkdaşları əraziyə cəlb olunublar.

Hava küləkli olduğu üçün hələ ki, yanğını söndürmək mümkün deyil.

İlkin məlumata görə, kənddə bir-birinə bitişik olan üç ev yanıb.