Polad Talıbov: "Elektromobil istifadəçilərimiz öncədən də növbə götürə bilərlər"

6
Avq
18:36
thumb_down 0

Bu gün "CARSCHARGE" ilə "RAHAT" və "BOLMART" supermarket şəbəkələri arasında əməkdaşlığın başlanması elan edilib.

seher.media xəbər verir ki, bununla bağlı mətbuata açıqlama verən "CARSCHARGE" MMC -nin baş direktoru Polad Talıbov şirkətin təkcə Bakıda yox, həm də bütün Azərbaycan üzrə elektromobillərin enerji yığması üçün stansiyalar quraşdırdıqlarını diqqətə çatdırıb.

O qeyd edib ki, müştərilər sadəcə QR-koddan istifadə etməklə bütün stansiyalarımızda xidmət ala, yəni avtomobillərini maksimal dərəcədə doldura bilərlər.

"Artıq yanvar ayından bu yana stansiyalarımızın sayı 20-ni keçib və bu say getdikcə çoxalacaq. Qiymətlərə gəlincə, bizim stansiyalarda bir saat 60 kilovoltluq stansiya üçün 18 manat, 40 kilovoltluq stansiya üçün 12 manat, 92 kilovoltluq axırıncı stansiyalarımız üçün isə 27 manat təşkil edir.

Elektromobil istifadəçilərimiz bizim stansiyalardan öncədən növbə də götürə bilərlər. Bu xidmət pulludur. Qeyd edim ki, müştərinin növbə götürdüyü müddətdə heç kəs o mobil tətbiqdən istifadə edə bilməz", - deyə P.Talıbov qeyd edib.

Əzizə İsmayılova