Faiq Abdullayev: "MDB ölkələri arasında yeganə şirkətik ki, bu platformanı hazırladıq"

6
Avq
18:54
thumb_down 0

Azərbaycanda elektromobillər üçün yeni enerji doldurma stansiyası açılıb.

seher.media xəbər verir ki, Azərbaycanda elektromobillər üçün enerji doldurma stansiyalarının mobil tətbiqini və platformasını hazırlayan "F-5" MMC-nin təsisçisi Faiq Abdullayev mətbuata açıqlamasında hazırda yaratdıqları platformanın "CARSCHARGE" MMC-nin stansiyalarında fəaliyyət göstərdiyini bildirib.

"MDB ölkələri arasında və bizim ərazidə yeganə şirkətik ki, bu platformanı hazırladıq və uğurla istifadəyə verdik. Hazırda bizim platformamız "CARSCHARGE" MMC-nin stansiyalarında fəaliyyət göstərir və gələcəkdə daha çox stansiyalarda mobil tətbiqimizi görəcəksiniz", - deyə təsisçi qeyd edib.

Əzizə İsmayılova