Beyləqanda ağır QƏZA: İdarəetmədən çıxan maşın ağaca çırpıldı

6
Avq
19:18
thumb_down 0

Beyləqanda baş verən qəzada sürücü ağır xəsarət alıb.

"Trend" xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 2003-cü il təvəllüdlü Ağamir Ağaəli oğlu Quluzadə idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü ağır bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.