Mingəçevirdə suda üzən yeniyetmənin üstündən kater KEÇDİ

6
Avq
22:18
thumb_down 0

Mingəçevir su anbarında yeniyetmə bədbəxt hadisə nəticəsində ağır xəsarətlər alıb.

"Report"un məlumatına görə, su anbarında çimən şəhər sakini, 2008-ci il təvəllüdlü Nəsib Vüsal oğlu Kazımlının üzərindən kater keçib. Bu zaman qayığın pəri yeniyetməyə xəsarət yetirib.

O, ağır halda xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.