Naftalanda 34 yaşlı kişi itkin düşüb

7
Avq
12:36
thumb_down 0

Naftalan şəhər sakini, 1990-cı il təvəllüdlü Rəşad Talıbov iyulun 29-da yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

seher.media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, itkin düşən şəxsin boyu 170 sm, qara saçlı, gözlərinin rəngi şabalıdı, arıq bədən quruluşludur.

Sonuncu dəfə evdən gedərkən əynində qara köynək, göy cins şalvar və ağ idman ayaqqabısı olub.

"Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" xidmətinə, həmçinin Naftalan Şəhər Polis Şöbəsinin (022) 352-31-15 şəhər və (070) 510-33-22 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.