Almaniyada hotel çökdü: Ölənlər və yaralananlar var

7
Avq
15:54
thumb_down 0

Almaniyanın Kröf yaşayış məntəqəsində hotel çöküb. Hadisə nəticəsində ölən və yaralananlar var.

seher.media-ın verdiyi məlumata görə, bu barədə "Bild" hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Bildirilir ki, bir mərtəbə çöküb, nəticədə azı bir nəfər həlak olub.

Qeyd olunub ki, binada 14 nəfər olub. Beş nəfər rahat şəkildə xilas ola bilib, lakin son məlumatlara görə, dağıntılar altında doqquz nəfər qalıb, onlardan biri uşaqdır.

Axtarış-xilasetmə əməliyyatları davam edir.

Almaniyada hotel çökdü: Ölənlər və yaralananlar var

Almaniyada hotel çökdü: Ölənlər və yaralananlar var