Sabah Laçının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

7
Avq
18:54
thumb_down 0

Sabah saat 10:00-dan Laçın rayonunun təbii qazla təchizatında müvəqqəti fasilə yaranacaq.

seher.media xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, yenidən qurulan "Şuşa-Laçın" avtomobil yolunun tikinti sahəsinə düşən "Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Naxçıvan" yüksək təzyiqli magistral qaz kəmərinin əsas və lupinq xətləri ilə kəsişməsində yeni çəkilmiş qaz kəmərinin qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı işlər başa çatanadək "Laçın" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir müddətində Laçın şəhərinin və rayonun Zabux qəsəbəsinin qaz təchizatının müvəqqəti məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.