Türkiyədə daha bir onlayn platformaya giriş bağlandı

8
Avq
00:18
thumb_down 0

Türkiyə hakimiyyəti onlayn oyun platforması "Roblox"a girişi bağlayıb.

seher.media "Haber Global"a istinadən xəbər verir ki, platformaya giriş Adana şəhər cinayət məhkəməsinin qərarı ilə bağlanıb.

Qeyd edək ki, avqustun 2-də Türkiyədə daha bir populyar onlayn resurs - "Instagram" sosial şəbəkəsinə giriş bağlanıb. Qərarın "Instagram"ın sosial şəbəkələrdən istifadə ilə bağlı yerli qanunvericiliyin tələblərini pozması səbəbindən verildiyi bildirilib.