ABŞ-də hərbi bazada helikopter qəzaya uğrayıb, pilot həlak olub

8
Avq
09:54
thumb_down 0

ABŞ-nin Alabama ştatındakı "Fort Novosel" hərbi bazasında helikopterin qəzaya uğraması nəticəsində pilotlardan biri ölüb.

seher.media bu barədə "News 4" agentliyinə istinadən məlumat verir.

Qeyd olunub ki, təlim uçuşu həyata keçirən "AH-64 Apache" helikopterinin göyərtəsində iki nəfər olub.

Qəza nəticəsində təlimatçı pilot hadisə yerində ölüb. Tələbə pilot isə ağı vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik açıqlanmır.