Yaponiyada güclü zəlzələ oldu: Sunami dalğalarının hündürlüyü bir metrə çatdı

8
Avq
13:36
thumb_down 0

Kyuşu adası yaxınlığında baş verən güclü zəlzələdən sonra hündürlüyü bir metrə qədər olan sunami Yaponiyanın Miyazaki prefekturasına çatıb.

seher.media-ın verdiyi məlumata görə, bu barədə NHK telekanalı xəbər verir.

Bildirilib ki, sunami dalğaları həmçinin Kaqoşima, Koçi, Oita və Ehime prefekturalarının sahillərinə də çatıb. Kyuşuda sürət qatarlarının hərəkəti dayandırılıb.

Hələlik zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb. Yaponiya Baş nazirinin ofisi nəzdində böhran mərkəzində fövqəladə qərargah yaradılıb.

Yaponiyanın Kyuşu adasının cənub sahillərində 7,1 maqnitudalı zəlzələ baş verib.

seher.media-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, episentr Miyazaki prefekturasının yaxınlığında yerləşib.

Yeraltı təkanların ocağı okean dibinin 30 km dərinliyində olub. Yaponiya Meteorologiya Agentliyi dərhal sunami təhlükəsi elan edib.

Qeyd edək ki, Kyuşu adası Yaponiya arxipelaqının ən böyük dörd adasından biridir.