Suriyada ərəb əşirətləri PKK-ya qarşı birləşdilər: Şiddətli toqquşmalar baş verib

8
Avq
19:18
thumb_down 0

Suriyanın şərqindəki Deyrizor əyalətində ABŞ-nin İŞİD-lə mübarizə adı altında bölgəyə yerləşdirdiyi PKK/YPG terror təşkilatı ilə təşkilatın təzyiqi altında olan ərəb əşirətləri arasında bir çox nöqtədə toqquşmalar yaşanıb.

Bu barədə seher.media "Haber 7" nəşrinə istinadən xəbər verir.

Məlumata görə, Deyrizordan olan əşirətlər övladlarını qaçıran, neftlərinə əl qoyan, talançılıqla məşğul olan PKK-ya qarşı birləşiblər.

PKK ilə bu cür qarşıdurmalar əvvəllər də baş versə də, budəfəki əvvəlki üsyanlardan daha şiddətli olub. Daha əvvəl bir neçə qəbilə tərəfindən həyata keçirilən üsyana bu dəfə bölgədəki bütün ərəb əşirətləri qoşulub.

Şərq və cənub-şərq kəndlərində 9 fərqli nöqtədə şiddətli toqquşmalar baş verib. Ərəb əşirətləri PKK/YPG-nin Busayra, İbrehiyye, Elharice, Tayyane, Ebu-Hammam, Qazanic, Keşkiyye, Ziban və Ellatva kəndlərindəki qərargahlarına və "yol-keçid məntəqələri"nə hücum ediblər.

PKK/YPG Deyrizor çölündə təzyiq altında olan ərəb əşirətlərinə qarşı 500-ə yaxın terrorçu göndərib. Toqquşmaların baş verdiyi bölgədə ərəb əşirətlərinin sıx yaşadığı Deyrizorda PKK/YPG "komendant saatı" elan etsə də, əşirətlər bu qadağaya əməl etməyiblər.

PKK/YPG-nin təzyiq altında saxladığı Deyrizor əhalisinin demək olar ki, hamısı ərəblərdən ibarətdir. Təşkilat bu bölgələrdə kiçik yaşlarda olan ərəb uşaqlarını məcburi şəkildə öz sıralarına cəlb edir. Onlar bölgədəki neft quyularını ələ keçirərək, qaçaqmalçılar vasitəsilə Dəməşq rəhbərliyinə satır və gəlir əldə edirlər. Təşkilat bütün bunlardan öz fəaliyyətləri üçün istifadə etdiyi halda, bölgə xalqı yerli xidmətlərdən və yardımlardan məhrum olur.

Övladlarının oğurlanmasına, neftlərinin əllərindən alınmasına qarşı çıxan ərəb əşirətləri PKK-nı bölgədən çıxarana qədər etirazlarını davam etdirəcəklərini bildirirlər.

Suriyada ərəb əşirətləri PKK-ya qarşı birləşdilər: Şiddətli toqquşmalar baş verib

Suriyada ərəb əşirətləri PKK-ya qarşı birləşdilər: Şiddətli toqquşmalar baş verib