Qubada zəlzələ qeydə alınıb

9
Avq
01:18
thumb_down 0

Avqustun 9-da Quba stansiyasından 15 kilometr cənubda - Quba rayonunda zəlzələ qeydə alınıb.

seher.media xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 00:39-da qeydə alınan yeraltı təkanların maqnitudası 3.8-ə bərabər olub.

Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.