Avqustun 9-da ölkədə müşahidə edilən FAKTİKİ HAVA şəraiti

9
Avq
09:18
thumb_down 0

Avqustun 9-da Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

seher.media qurumun məlumatına istinadən bildirir ki, ölkənin əksər rayonlarında hava şəraiti, əsasən, yağmursuz keçsə də, bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağışlar leysan xarakterli olub.

Yağıntının miqdarı Balakəndə 11 mm, Oğuz, Culfa və Şamaxıda isə 2 mm-dək qeydə alınıb. Bundan başqa, şimal-qərb küləyi arabir, sarı xəbərdarlığa uyğun olaraq, Culfada 19 m/s, paytaxt Bakıda və Abşeron yarımadasında isə 18 m/s-dək güclənib.

"Neft Daşları" stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb.

Qrız, Şabran və Şahdağ ərazilərində duman müşahidə edilib. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31°C, Naxçıvan MR və aran rayonlarında 36°C, dağlıq rayonlarda isə 25°C-yə qədər isti olub.