Ankarada dəhşətli qəza: Avtobus iki yerə bölündü - 9 ölü, 26 yaralı

9
Avq
09:54
thumb_down 0

Bu gün səhər saatlarında Türkiyədə baş verən dəhşətli avtobus qəzası ölkədə rezonans doğurub.

seher.media-ın "Hürriyet"ə istinadla verdiyi məlumata görə, faciə Ankaranın Polatlı rayonunda qeydə alınıb.

Bildirilir ki, Eskişehir istiqamətinə gedən sərnişin avtobusu körpünün dayağına çırpılıb.

İlkin məlumatlara görə, qəzada doqquz nəfər həyatını itirib, 26 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə çox sayda xilasetmə və təcili tibbi yardım briqadaları cəlb edilib, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.

Faktla bağlı araşdırma aparılır.