Tərtərdə avtomobil hasara çırpılıb, sürücü ölüb

9
Avq
11:36
thumb_down 0

Tərtər rayonunun Xoruzlu kəndində hərəkətdə olan "QAZ-SAZ-3507-01-15" avtomobili daş hasara çırpılıb.

APA xəbər verir ki, nəticədə sürücü Vüsal Şakir oğlu Alışov aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.