Bakıya sürücüsüz taksilər gətirilib?

9
Avq
11:54
thumb_down 0

Bakıya sürücüsüz taksilərin gətirildiyi iddia olunur.

seher.media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntü paylaşılıb.

Sözügedən videogörüntü sosial şəbəkə istifadəçilərinin çaşqınlığına səbəb olub. Çünki bir çoxları sürücüsüz taksi fikrinə avtomobilin üzərindəki avadanlıqlara əsasən inanıblar.

seher.media-ın əldə etdiyi məlumata görə isə sürücüsüz taksi kimi təqdim olunan avtomobilin üzərindəki bu cür avadanlıqlar, adətən, xəritəçəkmədə istifadə olunur.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.

Əzizə İsmayılova