"AzParking"dən ŞİKAYƏT: Problemi bilirlər, amma həll etmirlər

9
Avq
15:36
thumb_down 0

"AzParking" mobil tətbiqi istifadəçilərdə narazılıq yaradıb.

seher.media xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edilib.

İstifadəçi yazıb: "Mavi nöqtədə mənəm, xəritədə məndən əvvəl göstərilən parklanma nöqtəsinə daxil olub avtomobili parklamışam. Cərimə gəlir ki, səhv yerdə parklamısınız. Mən səhv yerdə saxlamamışam".

İstifadəçi eyni zamanda onu da qeyd edib ki, ərazidə parklanmaya baxan "AzParking" əməkdaşı da problemdən xəbərdar olduğunu və dəfələrlə agentliyə bu barədə məlumat verildiyini deyib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.

Qurumdan seher.media-ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaşlar mobil tətbiqdə ən yaxın məntəqəni seçərkən məkan təyinetmə zamanı avtomobilin park edildiyi məntəqə bəzən tam dəqiq göstərilmir.

"Buna görə də ərazidə yerləşən məlumat lövhələrindəki məntəqə nömrəsini daxil etmək vacibdir. Vətəndaşların belə problemlərlə üzləşməməsi üçün mobil tətbiqdə növbəti texniki yenilənmə zamanı sözügedən məsələ də nəzərə alınacaq".

Əzizə İsmayılova