Dənizkənarı Bulvar ərazisində bir nəfərin meyiti sudan çıxarılıb

9
Avq
17:36
thumb_down 0

Dənizkənarı Bulvar ərazisində bir nəfərin meyiti sudan çıxarılıb.

seher.media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Abşeron magistral su kanalının Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Bulvar ərazisində bir nəfərin meyitinin sudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub:

"Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.