Bakıda açıq sahədə baş verən yanğın söndürülüb

9
Avq
19:18
thumb_down 0

Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

seher.media xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində 300 kvadratmetr sahədə qamışlıq yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Bakıda açıq sahədə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə seher.media-a Fövqəladə Hallar Nazirliyinin məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub:

"Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".

Paytaxtın Səbail rayonu, 20-ci sahə ərazisindəki yanğın məişət tullantılarının yandırılması səbəbindən baş verib.

Bu barədə seher.media-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

"Yanğın neft buruqlarının olduğu ərazidə baş verib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə açıqlamada qeyd olunub.

Məhərrəm Əliyev

Paytaxtın Səbail rayonu, 20-ci sahə ərazisində yanğın başlayıb.

Bizim.media-nın əldə etdiyi məlumata görə, yanğın neft buruqlarının olduğu ərazidə baş verib.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Bakıda açıq sahədə baş verən yanğın söndürülüb

Bakıda açıq sahədə baş verən yanğın söndürülüb